Əlaqə Arxiv
news Image
2015.09.04
14:35
| A A A
Vladimir Putin: “Avropada miqrant böhranı Qərbin yanlış siyasətinin nəticəsidir”
Rusiya prezidenti Vladimir Putin Avropada yaranmış miqrant böhranına münasibət bildirib.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbər görə, V. Putin bunu tamamilə gözlənilən nəticə adlandırıb: "Hesab edirəm ki, bu, tamamilə gözlənilən böhrandır. Siz arxiv sənədlərinə nəzər salsanız, görərsiniz ki, Rusiya və şəxsən bir neçə il əvvəl bildirmişdik ki, bizim Qərbdəki tərəfdaşlarımız müsəlman dünyasında, əsasən Yaxın Şərq, Şimali Afrika regionlarında yanlış siyasətlərini davam etdirsələr, daha iri miqyaslı problemlər baş verəcək".


V. Putin hesab edir ki, böhranın səbəbi digər ölkələrin sosial-mədəni xüsusiyyətlərini nəzərə almadan Qərbin öz standartlarını onlara sırımasıdır: "Mən Amerika mətbuatının Avropanın miqrantlara qarşı sərt siyasəti ilə bağlı tənqidlərini təəccüblə izləyirəm".

 

Rusiya prezidenti ABŞ-ın belə miqrant axını ilə üzləşmədiyini, Avropanın isə kor-koranə Amerikanın tapşırıqlarına boyun əydiyi üçün ciddi əziyyət çəkdiyini vurğulayıb.

Sizin Reklam Yeriniz