Əlaqə Arxiv
news Image
2015.09.04
14:50
| A A A
Ədliyyə Nazirliyi Müsavat Partiyasının qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib

Ədliyyə NazirliyiMüsavat Partiyasının VIII qurultayının nəticələrinin ləğvi ilə bağlı müraciətə cavab verib.

Movqe.az xəbər verir ki, APA-nın məlumata görə, nazirlikdən bildirilib ki, partiyanın qurultayı ilə bağlı qeydiyyata alınmış dəyişikliklərin ləğvi üçün şikayətçilər məhkəməyə müraciət etməlidirlər.

Müsavatın sabiq fəalı, şikayətçlərdən biri olan Əlövsət Əhədoğlu APA-ya bildirib ki, bu günƏdliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən onun ünvanına cavab məktubu daxil olub və məktubda məhkəməyə müraciət edilməsi məsləhət görülüb. Ə. Əhədoğlu qurultayın nəticələrinin ləğvi üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.


Sizin Reklam Yeriniz