Ceyms Uorlik özünün “Twitter” hesabında cəbhə xəttində istifadə olunan minaatanın mərmisinin fotosunu paylaşıb
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında cəbhə xəttində istifadə olunan minaatanın mərmisinin fotosunu paylaşıb.
Movqe.az-ın xəbərinə görə, həmsədr yazıb ki, ona verilən məlumata görə, 120 mm-lik bu minaatan mərmisindən Dağlıq Qarabağ münaqişəsi zamanı istifadə olunur.
"Bu cür eskalasiya qəbuledilməzdir", - deyə C.Uorlik qeyd edib.