Əlaqə Arxiv
news Image
2015.09.05
18:30
| A A A
Prezident Ruhani nazirə xəbərdarlıq etdi
İran Prezidenti Həsən Ruhani ölkənin sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə xəbərdarlıq edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezidentin xüsusi köməkçisi Hüseyn Fridun jurnalistlərə açıqlama verib və Prezidentin nazirə xəbərdarlıq etməsi xəbərini təsdiqləyib.


H.Fridun deyib ki, H.Ruhani M.Nemətzadəyə ölkə daxilində istehsal olunan avtomobilləri almağı qadağan edənləri "İran İnqilabına zid və xain" adlandırması ilə bağlı xəbərdarlıq edib və deyib ki, bizim hərəkətlərimiz tənqidçilərlə hörmət əsasında olmalıdır.


Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə bir neçə gün öncə sosial mediada ölkə daxilində istehsal olunan avtomobillərin almayın kampaniyasını aparan şəxslər haqqında bildirmişdi ki, onlar İnqilaba zidd və xain şəxslərdir.


Nazirin bu sözləri ölkə ictimaiyyətində mənfi reaksiyalara səbə olmuşdu. Prezident Həsən Ruhaninin xəbərdarlığından sonra M.Nemətzadə televiziyada əhalidən üzr istəyib və deyib ki, avtomobil alıcılarına hörmətsizlik etmək istəməyib və heç vaxt deməyib ki, kim daxildə istehsal olunan avtomobil almasa İnqilaba ziddir.


Sizin Reklam Yeriniz