Qırğızıstanda 5,1 bal gücündə zəlzələ olub
Sentyabrın 6-da yerli vaxtla saat 02.34-də Qırğızıstanda 5,1 bal gücündə zəlzələ baş verib.
Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.