Əlaqə Arxiv
news Image
2015.09.07
12:35
| A A A
Rəcəb Tayyib Ərdoğan: “Terrorçular bunun əvəzini çox ağır ödəyəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da axşam Hakkari vilayəti ərazisində, Dağlıca zastavasında çoxlu sayda əsgər və zabitin şəhid olması və yaralanması ilə nəticələnən terror hadisəsinə münasibət bildirib.

Movqe.az xəbər verir ki, R. T. Ərdoğan ATV və "A Haber" kanallarının canlı yayınında hadisədən üzüldüyünü və terrorçuların bunun əvəzini çox ağır ödəyəcəklərini bildirib: "Olay Dağlıcada aparılan təmizlik zamanı minaların ard-arda partladılması nəticəsində baş verib. Baş Qərargah rəisimizin verdiyi məlumatlar üzücüdür. Hazırda orada çətin hava şəraitində əməliyyatlar davam edir. Hamımızın başı sağ olsun, Allah səbir versin".

R. T. Ərdoğan əməliyyatların başladığı gündən bu yana 2 minə yaxın PKK-çının məhv edildiyini və terrorçuların Dağlıca hadisəsinin əvəzini də çox ağır ödəyəcəklərini söyləyib. O, Xalqların Demokratiya Partiyasını (HDP) terroru dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, sentyabrın 6-da axşam İraqla həmsərhəd Hakkari vilayətinin Yüksəkova rayonunun Dağlıca kəndi ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddənin terrorçular tərəfindən partladılması nəticəsində 15-dən çox əsgər və zabit həlak olub. Hələlik ordu rəhbərliyi itkilərin dəqiq sayını açıqlamayıb. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Əməliyyatlar davam edir.


Sizin Reklam Yeriniz