Əlaqə Arxiv
news Image
2015.09.07
12:55
| A A A
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 7-dən 11-dək Türkiyənin Marmaris şəhərində "Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi" kursu, 18-dək Ankara şəhərində "Hərbi-Mülki əməkdaşlıq" kursu, oktyabrın 16-dək Çexiyanın Vişkov şəhərində Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Britaniyanın Şrivenhem şəhərində hərbi İngilis dili kursu, dekabrın 18-dək Litvanın payaxtı Vilnüs şəhərində kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Polşanın paytaxtı Varşava şəhərində NATO Standartlaşdırma kursu keçiriləcək.

Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.



Sizin Reklam Yeriniz