Əlaqə Arxiv
news Image
2015.09.07
12:23
| A A A
Ərdoğan: Terrorçular xalqımızın qardaşlığı və birliyini poza bilməyəcəklər

Prezident şəhid olmuş hərbçilərin ailələrinə başsağlığı verdi.


Terrorçular heç zaman xalqımızın qardaşlığı və birliyini poza, ölkəmizin gələcəyinə zərbə vura bilməyəcəklər.


Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat mərkəzinin yaydığı bəyanatda deyilir.


Prezidentin bəyanatı PKK yaraqlılarının Yüksekova qəzasında Dağlıca kəndində təşkil etdikləri terror hücumuna həsr olunub.


Xatırladaq ki, bu hücum nəticəsində 15 türk hərbçisi şəhid olub.


"Türkiyə xalqı hərbçilərimizin separatçı terror təşkilatının xain hücumu nəticəsində həlak olması ilə əlaqədar dərin hüzn keçirir. Terrorçular öz mənfur hücumları ilə heç zaman xalqımızın qardaşlığı və birliyini poza, ölkəmizin gələcəyinə ağır zərbə vura bilməyəcəklər.


İnanıram ki, Türkiyə vətəndaşları Vətənimizin rifahı, sabitliyi və təhlükəsizliyinə qəsd edən terrorçuların qarşısında öz birliyini nümayiş etdirəcəklər", - deyə, türk dövlətinin başçısı bəyan edib.


Rəcəb Tayyib Ərdoğan PKK yaraqlılarının hücumunu kəskin tənqid edib. Dövlət başçısı həlak olan hərbçilərin yaxınları və doğmalarına, Türkiyə Silahlı Qüvvələrinə, o cümlədən bütün Türkiyə xalqına başsağlığı verib.

Sizin Reklam Yeriniz