Əlaqə Arxiv
news Image
2015.09.07
13:15
| A A A
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azər Qəmbərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Movqe.az xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A. Qəmbərov Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Qəmbərov cəzasının azaldılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.



Sizin Reklam Yeriniz