Əlaqə Arxiv
news Image
2015.09.07
14:22
| A A A
ABŞ prezidentliyinə gözlənilməz namizəd
"Biz anlamalıyıq ki, bizim işləməyən hökumətimiz var"

Movqe.az xəbər verir ki, dünən Harvard Universitetinin hüquq professoru Lourens Lessinq Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd olmaq istədiyini bəyan edib.

O bildirib ki, kampaniya üçün lazım olan bir milyon dollar toplaya bilib və siyasi sistemin dağılmasına diqqətini yönəltmək fikrindədir. Lessinq seçiləcəyi halda seçicilərin hüquqlarını yaxşılaşdırmağı və mövcud siyasi sistemin yenidən formalaşması mexanizmini fikirləşməyi planlaşdırır. Bundan əlavə, o, ABŞ-da seçki kampaniyalarının maliyyələşdirilməsi islahatlarına nail olmağı düşünür.

"Biz anlamalıyıq ki, bizim işləməyən hökumətimiz var", - deyə Lessi bildirib.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. Hazırda ən əsas namizədlərdən biri Demokrat partiyasından olan keçmiş birinci xanım və dövlət katibi Hillari Klintondur. Artıq 20-ə yaxın siyasətçi prezidentlik kürsüsü uğrunda mübarizəyə başlayıb.

Respublikaçılar Partiyasından isə rəsmi olaraq senatorlar Ted Kruz və Rend Pol öz namizədliklərini irəli sürüblər. Ceb Buşun, Nyu Cersi ştatının qubernatoru Kris Kristi, Viskonsina qubernatoru Skott Uoker, senatorlar Lindsi Qrem və Marko – Rubionun da prezident seçkilərində iştirak edəcəkləri gözlənilir.

Sizin Reklam Yeriniz