Əlaqə Arxiv
news Image
2015.09.07
19:33
| A A A
Əfqanıstanda NATO-nun hava hücumunda 17 polis öldü

Movqe.az xəbər verir ki, Əfqanıstanda NATO-ya bağlı koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumunda narkotik cinayətlərlə mübarizə qruplarından 17 polisinin həyatını itirdiyi bildirilib. 

Adının açıqlanmasını istəməyən Əfqanıstan Daxili İşlər Nazirliyindən yüksək vəzifəli bir səlahiyyətli hücumun polislərin narkotik əməliyyatı təşkil etdiyi sırada edildiyini və 17 polisin həyatını itirdiyini, dörd polisin də yaralandığını bildirib. Helmand şəhər Təhlükəsizlik Şurasının üzvü Bəşir Əhməd Şakir isə AA müxbirinə verdiyi məlumatda hücumu təsdiq edib və narkotik qruplarının NATO-ya bağlı hava qüvvətləri tərəfindən vurulduğunu deyib. Şakir , hadisədə həyatını itirən Əfqan polisinin sayının 19 olduğunu söyləyib. AA müxbirinə danışan Helmand İcra aparatının sözcüsü Ömər Zvak da hücumu təsdiq edərək hadisə ilə əlaqədar istintaq başladıldığını, ölənlərlə bağlı şərhin irəliləyən saatlarda ediləcəyini qeyd edib.

NATO-da mövzu ilə əlaqədar açıqlama verilməyib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz