İstanbul polisi xüsusi əməliyyat keçirir
İstanbul polisi tərəfindən bu gün xüsusi əməliyyat həyata keçirilir.
Movqe.az xəbər verir ki, xüsusi əməliyyat çərçivəsində solçu terrorçu təşkilatlarla əlaqələrdə şübhəli bilinən 6 nəfərin saxlanıldığı bildirilib.
Məlumatlarda eyni zamanda qeyd olunur ki, xüsusi əməliyyat bu gün şəhərin bir neçə rayonunda həyata keçiriləcək.
Qeyd edək ki, Türkiyədə indiyə kimi keçirilən antiterror əməliyyatlarında 2500-dən artıq şəxs həbs olunub.