Əlaqə Arxiv
news Image
2015.09.08
13:10
| A A A
Türkiyənin Gürcüstandakı səfiri: “Dondurulmuş münaqişələr əslində donmayıb”

"Türkiyənin siyasəti aydındır. Biz Azərbaycanla birgə tək millət, iki dövlət siyasəti yeridirik.


Azərbaycan bizim üçün həmişə ən önəmli mövzudur. Bu baxımdan Azərbaycanda baş verənlərlə yaxından maraqlanırıq və ümid edirik ki, münaqişə tezliklə həllini tapacaq".

Movqe.az APA-ya istinadən xəbər verir ki,  bu sözləri Tiflisdə keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Ləvənt Gümrükçü deyib. O bildirib ki, "donmuş" münaqişələr əslində donmayıb: "Biz hər yerdə keçirilən tədbirlərdə, NATO və BMT-də, ATƏT rəsmiləri ilə görüşlərimizdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tez bir müddətdə həll edilməsi üçün gərəkli addımlar atılmasını istəyirik. Bu, bizim siyasətimizdir".


Sizin Reklam Yeriniz