Əlaqə Arxiv
news Image
2015.09.08
15:50
| A A A
Mətbuat xidməti: Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır

Son aylar ərzində bir sıra şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib


"Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq Xarici İşlər Nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür".

Movqe.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bİldirilir ki, son aylar ərzində bir sıra şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da var ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək.Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaq. Təəssüf ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad edildikdən sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar".

A. Həsənovun Avstraliyada qalmasına gəldikdə isə, nazirlikdən bildirilib ki, bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barədə qərar qəbul etməkdə sərbəstdir".



Sizin Reklam Yeriniz