Əlaqə Arxiv
news Image
2015.09.08
16:45
| A A A
Prezident İlham Əliyev: “Qərb mediası Avropaya köçə tamamilə biganə və etinasız yanaşır”

"Bu insanlara qarşı geniş bir kampaniya aparılır, biz bununla barışa bilmərik"


 "İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı böyük humanitar fəlakət ilə üz-üzədir. Xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insan, sığınacaq tapmaq, öz canını qurtarmaq üçün Avropaya üz tutur və hazırda böyük köç müşahidə olunur. İlk dəfədir ki, İkinci Dünya Müharibəsindən sonra bu mənzərə ilə üzləşirik. Bu, böyük humanitar fəlakətdir".

Movqe.az xəbər verir ki,  bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə söyləyib.

Dövlət başçısı deyib ki, bu insanlar artıq bir neçə ildir ki, bu humanitar fəlakətlə üz-üzədirlər: "Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu gün bu insanların bir hissəsi artıq Avropa qitəsinə üz tutub, indi Qərb mediası gecə-gündüz bu görüntüləri yayırlar, sanki o insanlar bu vəziyyətin yaranmasına görə günahkardırlar. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin, xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur, özlərini, ailələrini qorumalıdırlar. Ona görə də bu gün bu humanitar fəlakət ilk növbədə o insanların humanitar fəlakətidir".

Avropa İttifaqının siyasətinə gəlincə, prezident İlham Əliyev bildirib ki, zaman Aİ-nin bəyan etdiyi dəyərlərə nə qədər sadiq olduğunu göstərəcək: "İndi hər şey göz qabağındadır. Biz görürük ki, bu yazıq insanlara qarşı işgəncələrə yol verilir, onların ləyaqəti alçaldılır. Bu insanlara qarşı geniş bir kampaniya aparılır. Biz bununla barışa bilmərik. Biz hər bir məsələ ilə bağlı öz sözümüzü deyirik".



Sizin Reklam Yeriniz