Əlaqə Arxiv
news Image
2015.09.08
18:15
| A A A
ABŞ-ın Azərbaycandakı səfiri "Azadlıq-2015" blokuna daxil olan partiyaların sədrləri ilə görüşüb

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil qərargahında "Azadlıq-2015" siyasi partiyalar blokuna daxil olan partiyaların sədrləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın görüşü keçirilib.

Movqe.az xəbər verir ki, KXCP-nin informasiya şöbəsindən verilən məlumata görə, görüşdə KXCP sədri Mirmahmud Mirəlioğlu, AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev, VİP sədri Əli Əliyev, ACP sədri Sülhəddin Əkbər, "Azadlıq" partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimov iştirak ediblər.

İki saata yaxın davam edən görüşdə Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər istiqamətində fikir mübadiləsi aparılıb.


Sizin Reklam Yeriniz