Əlaqə Arxiv
news Image
2015.09.09
09:25
| A A A
Rusiya İstintaq Komitəsinin rəhbəri: Yatsenyuk Çeçenistanda döyüşüb

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkin bildirib ki, qurumun əldə etdiyi məlumata əsasən, Ukraynanın baş naziri Arseni Yatsenyuk birinci çeçen müharibəsində Rusiya ordusuna qarşı döyüşüb.


Movqe.az xəbər verir ki,  bu barədə Aleksandr Bastırkin "Rossiyskaya gazeta"ya müsahibəsində bildirib.

"Arseni Yatsenyuk azı iki silahlı toqquşmada– 1994-cü ilin dekabrın 31-də Qroznının Minutka meydanında və 1995-ci ilin fevralında Qroznı 9 saylı şəhər xəstəxanasının qarşısında döyüşlərdə iştirak edib. Bundan başqa o 1995-ci ilin yanvarın 7-də Qroznı şəhərinin Oktyabr rayonunda rusiyalı hərbçilərinə işgəncə verilməsinə və güllələnməsində iştirak edib", deyə Bastrlkin qeyd edib.

Bastırkinin sözlərinə görə, Yatsenyuk rusiyalı hərbçilərini qətlə yetirdiyinə görə hətta Cövhər Dudayevin "Millətin şərəfi" ordeni ilə təltif edilib.


Sizin Reklam Yeriniz