Əlaqə Arxiv
news Image
2015.09.09
10:45
| A A A
Daha 4 amerikalı senator İranın nüvə proqramına dair sazişi dəstəklədi

ABŞ Demokratlar Partiyasından olan senatorlar İranın nüvə proqramına dair sazişin təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanması üçün daha 4 səs toplayıblar.

Movqe.az xəbər verir ki,  üç senator - Oreqon ştatından Ron Vayden, Konnektikut ştatının təmsilçisi Riçard Blümental və Miçiqandan Qeri Piters sazişi dəstəklədiyini eyni vaxtda bəyan ediblər. Az sonra daha bir senator-demokrat, Vaşinqton ştatından seçilən Mariya Kantuell İranın nüvə proqramına dair sazişi dəstəklədiyini ifadə edib.

Beləliklə toplanan səslərin ümumi sayı 42-yə çatıb. Bu İranın nüvə proqramına dair sazişin təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanmasına kifayət edir.


Sizin Reklam Yeriniz