Əlaqə Arxiv
news Image
2015.09.09
13:39
| A A A
Azərbaycanın müdafiə naziri təlimdə iştirak edən hərbi hissələrin hazırlığını yoxlayıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən şəxsi heyətin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini, onların hazırlıq səviyyəsini yoxlayıb.


Movqe.az-ın  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hərbi oyunların ssenarisinə əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən nazir şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi oyunlar davam edir.


Sizin Reklam Yeriniz