Əlaqə Arxiv
news Image
2015.09.09
15:39
| A A A
Gəncədə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar keçirilir

Gəncə şəhərində Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar başlayıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki,  seminarda Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov və Avropa İttifaqının seçki üzrə eksperti, ukraynalı Sergey Kalçenko iştirak edir. S. Kalçenko "Seçkilərlə bağlı müraciətlərə seçki komissiyaları tərəfindən baxılması: Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda təqdimatla çıxış edib. T. Həsənov isə seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə Seçki Məcəlləsinin tələbləri və şikayətlərin araşdırılması prinsiplərindən danışıb.

Qeyd edək ki, irimiqyaslı regional maarifləndirmə seminarları sentyabrın 11-nə kimi davam edəcək.


Sizin Reklam Yeriniz