Əlaqə Arxiv
news Image
2015.09.09
16:16
| A A A
İlham Əliyev İsveçrənin Azərbaycandakı səfirini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Movqe.az xəbər verir ki,  Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb. Prezident əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Səfir Paskal Abişer ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.



Sizin Reklam Yeriniz