Əlaqə Arxiv
news Image
2015.09.09
16:23
| A A A
Azərbaycanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.

Movqe.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində E. Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.



Sizin Reklam Yeriniz