Əlaqə Arxiv
news Image
2015.09.09
16:38
| A A A
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısında Türkiyə nümayəndə heyətinə İsmət Yılmaz başçılıq edəcək

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Astanada keçiriləcək V zirvə toplantısında Türkiyəni Böyük Millət Məclisinin sədri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.


Movqe.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir. "İnformasiya və media sahəsində əməkdaşlıq" mövzusu üzrə keçiriləcək toplantıda media və kommunikasiya sahələrində sürətli inkişafın beynəlxalq münasibətlərə təsiri, ortaq tarixi-mədəni dəyərlərə sahib ölkələr arasında məlumat mübadiləsinin artırılması kimi önəmli məsələlərin müzakirə olunacağı bildirilir.

Dövlət başçılarının zirvə görüşündən öncə keçiriləcək Xarici İşlər Nazirləri Şurasında isə Türkiyəni nazir Firudin Sinirlioğlu təmsil edəcək.

Məlumata görə, həm zirvə toplantısında, həm də sammit çərçivəsində türk respublikaları arasında strateji əməkdaşlıq məsələləri üzrə əlaqələrin genişləndirilməsi, Avrasiya regionuna birbaşa aid olan regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.



Sizin Reklam Yeriniz