Əlaqə Arxiv
news Image
2015.09.09
16:49
| A A A
QAT erməni əsilli Gürcüstan vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri ilə bağlı Gürcüstan səfirinə müraciət edib

Qarabağ Azadlıq Təşkilatı erməni əsilli Gürcüstan vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri, orada vəhşiliklər törətmələri, Azərbaycan bayrağını təhqir etmələri ilə bağlı internet səhifələrində yayılan məlumatla bağlı Gürcüstanın Azərbaycandakı səfirinə məktub göndərib.

Movqe.az xəbər verir ki, QAT-ın mətbuat xidmətindən daxil olan məlumatda deyilir ki, məktubda erməni əsilli Gürcüstan vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərləri, orada Azərbaycanın dövlət atributlarını, o cümlədən bayrağını təhqir etmələri ilə bağlı faktlar, şəkillər səfirliyə göndərilib: "Hesab edirik ki, Gürcüstan rəhbərliyi bu məsələdə prinsipial mövqe tutmalı, ölkələrimizin dost münasibətlərinə xələl gəlməsinə imkan verməməlidir. Bu səfərlər Gürcüstandakı erməni təşkilatları və erməni kilsəsi tərəfindən təşkil olunur. Ermənilərin bu hərəkətləri işğalçılıq, separatizm və terrorizmin təbliğinə yönəlib. Bütün dünyada bu cür hərəkətlər qanunla qadağandır. İnanırıq ki, Gürcüstan rəhbərliyi ermənilərin bu məkrli niyyətlərinin qarşısının alınması, bütün günahkarların, o cümlədən ictimai təşkilatların, erməni kilsəsi nümayəndələrinin məsuliyyətə cəlb olunması üçün dərhal təsirli tədbirlər görəcək. Biz Azərbaycanla Gürcüstan arasında dost münasibətlərin olmasını istəyir və buna çalışırıq. Çox təəssüf ki, vaxtaşırı müəyyən problemlər ortaya çıxır və həmin problemlərin dost Gürcüstan rəhbərliyi tərəfindən vaxtında həll olunmaması ciddi narahatlıq yaradır".

QAT məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarova da müraciət edib.


Sizin Reklam Yeriniz