Əlaqə Arxiv
news Image
2015.09.10
15:42
| A A A
Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Nazirlər Yaxın Şərqdəki vəziyyətdən də danışıblar

Böyük Britaniya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirə ediblər.

Movqe.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gün Britaniyanın xarici işlər naziri Filipp Hammond Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı Londonda qəbul edib.

Tərəflər iki ölkə, Avropa İttifaqı-Ermənistan arasında əməkdaşlıq, habelə İranın nüvə proqramı ətrafında yaranmış böhrana və Yaxın Şərqdəki vəziyyətə dair məsələləri müzakirə ediblər.

F.Hammond və E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun rolunun gücləndirilməsindən, qurumla qarşılıqlı əməkdaşlıqdan danışıblar.

Sizin Reklam Yeriniz