Əlaqə Arxiv
news Image
2015.09.11
09:25
| A A A
Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə olub

Ermənistanın Ararat rayonunun Bağramyan kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.


Movqe.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, 45 məktəblidə kəskin zəhərlənmə simptomları qeydə alınıb.

Zəhərlənmiş məktəblilərdən 43-ü xəstəxanaya yerləşdirilib, daha iki şagirdə ambulator müalicə təyin edilib. Xəstələrin əksəriyyətinin orta ağır olduğu bildirilir.

Məktəblilər nahar zamanı məktəbin bufetində hot-doq yediklərini bildirib. Onların sözlərinə görə, hot-doqdakı sosislərin şirin tamı olub.

Epidemioloji araşdırma hot-doqların Bağramyan kəndində hazırlanaraq, ümumilikdə, rayonun 13 yaşayış məntəqəsindəki məktəblərə paylaşdırılıb.



Sizin Reklam Yeriniz