Əlaqə Arxiv
news Image
2015.09.11
09:30
| A A A
Pentaqon: Bəşər Əsədə istənilən yardım Suriyadakı münaqişəyə mənfi təsir edəcək

ABŞ Suriyadakı münaqişənin siyasi həllinin tərəfdarıdır, lakin Bəşər Əsəd rejiminə hərbi dəstək daxil olmaqla göstərilən yardımın qeyri-səmərəli olduğunu hesab edir.


Movqe.az-ın verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk Rusiyanın Suriyaya hərbi yardım göstərməsini şərh edərkən deyib.


"Suriyadakı münaqişənin siyasi həlli olmalıdır... Biz Rusiyanın Suriyada müsbət rol oynayacağına ümid edirik. Lakin Bəşər Əsəd rejiminə göstərilən yardım qeyri-səmərəli olacaq", deyə Kuk brifinqdə bildirib.


Kuk qeyd edib ki, ABŞ vəziyyəti diqqətdə saxlayır, lakin müdafiə naziri Eşton Karter məsələni hələlik Rusiya tərəfi ilə müzakirə etməyib.




Sizin Reklam Yeriniz