Əlaqə Arxiv
news Image
2015.09.11
09:50
| A A A
ABŞ Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçirir

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanın bir-birinə qarşı ağır silahlardan istifadə edilməsi barədə məlumatlar əldə etdiyini bəyan edib və tərəfləri güc istifadə etməkdən yayınmağa çağırıb.


"Biz, Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan və digər ağır silahlardan istifadə etməsi, mülki əhali arasında itkilərin olması və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar əldə etmişik. Biz vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçiririk və mülki şəxslərə yönəlmiş istənilən hərbi addımları pisləyirik", deyə Kirbi bildirib.


O tərəfləri mülki şəxslər arasında itkilərə yol verməməyə çağırıb.


"Biz gücdən istifadəyə dərhal son qoymağa, vəziyyətin sabitləşdirilməsinə çağırırıq və qətiyyətlə mülki əhali arasında itkilərə yol verməməyə çağırırıq", deyə Kirbi əlavə edərək, tərəflərə ATƏT Minsk Qrupu çərçivəsində münaqişənin dinc yolla həlli yollarının axtarılmasına dair öhdəliklərini xatırladıb.



Sizin Reklam Yeriniz