Əlaqə Arxiv
news Image
2015.09.11
11:30
| A A A
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və pulemyotlardan atəşə tutub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 133 dəfə pozub.


Movqe.az-ın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.


Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 183 atəş zərbəsi endirib.



Sizin Reklam Yeriniz