Əlaqə Arxiv
news Image
2015.09.11
12:05
| A A A
BQXK nümayəndələri Azərbaycana könüllü təslim olmuş erməni əsgərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu il martın 22-də təmas xəttini keçən erməni hərbçiyə baş çəkib.


Movqe.az xəbər verir ki, BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə sentyabrın 3-də olub. Erməni hərbçiyəailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.


İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.


Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.




Sizin Reklam Yeriniz