Bu gün İraq və Şam İslam Dövləti (İŞİD) terror
təşkilatı Nyu-Yorkda 11 sentyabr terror aktının 14 illiyi ilə bağlı
dünyanın bir sıra ölkələrinin təşkilat, bank və dövlət qurumlarının
saytlarına haker hücumu təşkil edib.
Hücuma məruz qalanlar sırasında Azərbaycan bankı
da var. Belə ki, "Əmrahbank"ın amrahbank.az və amrahbank.com
ünvanına hücum edən İŞİD-çilər sayta belə bir müraciət
yerləşdirib.
Movqe.az-ın məlumatına görə, müraciətdə qeyd
edilir: "Bu, həqiqi yolu izləyənlərdən bütün dünyada olan
xaçpərəstlərə bir mesajdır. Biz geri qayıtdıq. Biz sizə müqəddəs 11
sentyabr tarixini xatırlatmaq istəyirik və bildirmək istəyirik ki,
yaxın zamanda yenə belə bir hücum olacaq. Və siz bizim
dediklərimizi xatırlayacaqsınız.
Siz heç vaxt unutmayacaqsınız, elə biz də. Biz uca
Allaha and içirik ki, siz bizi rahat buraxmayınca, biz də sizi
rahat buraxmayacağıq, biz öz müsəlman ölkələrimizdə sülh görməyənə
qədər, siz də öz ölkənizdə sülh görməyəcəksiniz. Bizi
getdiyiniz,olduğunuz hər yerdə görəcəksiniz.
Sizin saytlarınıza, kredit kartları, kompüter və
hətta telefonlarınıza haker hücum edəcəyik. Bu sizin ən qorxulu
kabusunuz olacaq, proses artıq başlayıb və heç vaxt bitməyəcək. Bu
sadəcə başlanğıcdır.
Usamə bin Ladeni öldürməyiniz bizim cihadımızın
sonu deyil. Biz hamımız Usaməyik və 11 sentyabr hadisələri
dəfələrlə təkrarlanacaq.
Usamə bin Laden dediyi kimi: "Allahın izni ilə biz
sizin boynunuzu elə sizin torpaqlarda vuracağıq! Ona görə, bunu
necə edəcəyimizi gözləyin və siz sonda kimin qalib gəldiyini
görəcəksiniz".
Biz sizin xeyli sayda bank, dövlət və hərbi
saytlarınıza haker hücumu edib, ciddi və həssas məlumatları əldə
etmişik və onlardan bəzilərini dərc edəcəyik. Əgər siz
dayanmasanız, biz daha sonra bütün məlumatları dərc
edəcəyik"
Müraciətdə son olaraq xəbərdarlıq edilib: "Biz
müharibəni dayandırmağınız üçün 7 gün vaxt veririk. Əgər siz bunu
etməsəniz, biz sizin ölkələrinizin təhlükəsizliyini təhdid edən
məlumatları paylaşacağıq".