Əlaqə Arxiv
news Image
2015.09.12
12:20
| A A A
Tacikistanda Abdulhalim Nazarzodanın öldürüldüyü barədə məlumat yayılıb

Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda sentyabrın 11-də antiterror əməliyyatı zamanı Romit dərəsi adlandırılan ərazidə öldürülüb.


Movqe.az-ın xəbərinə görə, bu barədə "Asiya plyus" agentliyinə hərbi mənbələr bildirib.


Məlumata əsasən, yaxın saatlarda hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.


Bununla belə, Tacikistan DİN-i və Milli Təhlükəsizlik Komitəsində faktı təsdiqləməyiblər.


Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkil olunmasında ittiham olunur.


Tacikistanın güc strukturlarının həyata keçirdiyi əməliyyat zamanı generalın 100-dən çox tərəfdarı saxlanılıb, xeyli sayda silah sursat müsadirə edilib. 21 silahlının məhv edildiyi bildirilir.




Sizin Reklam Yeriniz