Əlaqə Arxiv
news Image
2015.09.13
12:00
| A A A
BMT: Suriyada 2015-ci ildə daha 1 mln insan müharibəyə görə qaçqın düşəcək

Suriyada münaqişənin davam edəcəyi təqdirdə ilin sonunadək daha 1 mln insan qaçqın düşəcək.


Movqe.az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Suriyadakı humanitar məsələlər üzrə əlaqələndiricisi Yaqub əl-Hillo bildirib.

O Suriyadakı əhaliyə beynəlxalq yardımın həcminin artırılmasına çağırıb. Yaqub əl-Hillonun sözlərinə görə, münaqişənin həlli istiqamətində tədbirlərin görülməyəcəyi təqdirdə Suriyada qaçqın axını hələ bir neçə ay davam edəcək, Avropada isə qaçqınlarla bağlı vəziyyət II Dünya Müharibəsinin sonundakı vəziyyəti təkrarlayacaq.

Qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən münaqişə ərzində 250 minədək adam ölüb, 4 milyon nəfər ölkəni tərk edib, 7,6 mln sakin məcburi köçkün olub.



Sizin Reklam Yeriniz