Əlaqə Arxiv
news Image
2015.09.14
09:55
| A A A
Almaniya-Avstriya sərhədində pasport yoxlanışı başlayıb

Almaniya miqrant axınının öhdəsindən gəlmək üçün bu gecədən etibarən Avstriya ilə sərhəddə nəzarət xidməti tətbiq etməyə başlayıb.

Movqe.az-ın məlumatına görə, yüzlərlə polis əməkdaşının iştirakı ilə pasportların yoxlanışı davam edir.

Almaniya rəsmiləri bu addımın müvəqqəti xarakter daşıdığını bildiriblər.

Dublin razılaşmasına əsasən iddiaçı sığınacaq üçün ilk daxil olub qeydiyyatdan keçdiyi ölkədə müraciət edə bilər. Bu səbəbdən də əksər mühacirlər Almaniyaya üz tutmuşdu.


Sizin Reklam Yeriniz