Əlaqə Arxiv
news Image
2015.09.14
13:30
| A A A
Azərbaycan səfiri: “İranla danışıqlarda Qərbin müttəfiqləri olan region ölkələrinin maraqları nəzərə alınmalı idi”

"Hesab edirəm ki, İranla nüvə danışıqlarında Qərbin müttəfiqləri olan bütün region dövlətlərinin maraqları nəzərə alınmalı idi".


Movqe.az-ın məlumatına görə, bu barədə İsraildə səfərdə olan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "jns.org" saytına müsahibəsində deyib.

O, Azərbaycanın razılaşmanı dəstəklədiyini bildirib: "Biz gərginliyin azalmasını dəstəkləyirik. Lakin bu razılaşmanın tam detalları bəzən qaranlıq qalır, onunla bağlı müxtəlif izahlar var. Ümumilikdə niyyət və motivləri müsbətdir. "5+1" ölkələrini qane etmək vacibdir. Lakin bu güclər regionda yaşamırlar və burada bütün tərəfləri əhatə edəcək müzakirələr olmalıdır. Bizim həmişə ən böyük narahatlığımız ondan ibarət olub ki, torpaqlarımızla sərhəd olan İranda açıq, hərbi toqquşmaların olma ehtimalı yüksəkdir. Bu razılaşma bu qarşıdurmaları istisna edir. İndi ən vacib məsələ bütün tərəflərin bu razılaşmaya əməl edəcəyinə əmin olmaqdır. "5+1" ölkələrinin bizə dediyinə görə, bu, onların əldə edə biləcəyi ən yaxşı razılaşmadır. Danışıqlar zamanı bizimlə müzakirələr aparılmayıb. İnanmaq istəyirik ki, orada regionun təhlükəsizliyi və mühafizəsi üçün müəyyən razılıqlar var. Lakin biz indi ancaq ümid edirik".

Səfir bildirib ki, bu problemin hərb yolu ilə həlli yoxdur:"Buna görə də İrana qarşı beynəlxalq sanksiya tətbiq olunanda, Azərbaycan bununla razılaşdı. Biz o zaman anladıq ki, sanksiyalar yeganə sülh alternativi idi. Hazırda razılaşma problemin hərbi yolla həlli üçün alternativ kimi ortaya çıxır və biz ümid edirik ki, bütün tərəflər buna əməl edəcəklər".


Sizin Reklam Yeriniz