Oqtay Əsədov: Avropa Parlamenti bütün davranış qaydalarını pozub
"Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib". Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.
O.Əsədov bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub: "Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb".