Əlaqə Arxiv
news Image
2015.09.14
17:03
| A A A
Misir : Səhvən Meksikalı turistləri öldürdük

Movqe.az-ın məlumatına görə, Misir Daxili İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin terrorla mübarizə əməliyyatı əsnasında aralarında Meksikalı turistlərin də olduğu 12 adamın səhvən öldürüldüyünü açıqlanıb.

Nazirliyin açıqlamasında dörd maşın ilə səyahət edən turistlərin qərb çölündəki qadağanlı Wahat bölgəsinə girdikləri bildirilib. Hadisədə 10 Meksikalı və Misir vətəndaşlarının da yaralandığı qeyd edilib və hadisənin istintaqı üçün bir qrup göndərilib.

Meksika prezidenti Enrique Pena Nieto hadisəni qınayarkən "Misir hökumətindən əskiksiz bir istintaq tələb etdiklərini" söyləyib. Misir Daxili İşlər Nazirliyinin açıqlamasında polis və əsgərlərin ortaq əməliyyatında turistləri daşıyan dörd maşına səhvən atəş açıldığı deyilib.

Qahirədəki BBC müxbiri Orlan Guerin geniş qərb çölünün turistlərin bəyəndiyi yerlərdən biri olduğunu, ancaq İŞİD terrorçularını da çəkdiyini söylüyüb. Müxbir bölgənin uzun Liviya sərhədinə keçid nöqtəsi olduğunu və sərhədin Liviya tərəfində silahların olduğunu əlavə edib.

Dünən Misirdəki İŞİD təşkilatı çöldəki bir hərbi əməliyyata qarşılıq verdiyini açıqlamışdı. İŞİD-lə əlaqəli olduğunu söyləyən bir təşkilat isə, bölgədəki Farafra şəhərində fəaliyyət göstərdiyini bildirmişdi.

Sizin Reklam Yeriniz