Əlaqə Arxiv
news Image
2015.09.14
18:10
| A A A
Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən bu ilin 14-17 sentyabr tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları" mövzusunda təlim kursu keçirilir.


Movqe.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara " NATO-da hərbi tərəfdaşlıq", " NATO-nun hərbi siyasəti", "Strateji kommunikasiya", "İctimai əlaqələr", "İnformasiya əməliyyatları doktrinası", "Psixoloji əməliyyatlar", "İnformasiyanın təhlili" və s. mövzular barədə məlumatlar verilir.



Sizin Reklam Yeriniz