Əlaqə Arxiv
news Image
2015.09.14
18:20
| A A A
Taliblər həbsxanaya hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıblar

Taliban qruplaşması Əfqanıstanın Qaznə şəhərindəki həbsxanaya hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıb.

Movqe.az-ın verdiyi məlumata görə, Qaznə əyalət qubernatorunun müavini Məhəmməd Əli Əhmədi hücum nəticəsində 4 mühafizəçinin öldüyünü, 7-nin yaralandığını bildirib. Aralarında 150 talibin də olduğu 352 məhbus qaçıb.

Öz növbəsində Taliban hərəkatının nümayəndəsi Zəbiulla Mucahid hücumda 3 terrorçu kamikadzenin iştirak etdiyini deyib. Onun sözlərinə görə, aralarında əfqan silahlıları və mühafizəçilər olan 40 nəfər öldürülüb, 400 məhbus isə azad edilib.


Sizin Reklam Yeriniz