Əlaqə Arxiv
news Image
2015.09.14
20:00
| A A A
İran prezidenti dünya yəhudilərini təbrik edib

İran prezidenti Həsən Ruhani dünya yəhudilərini Yeni ilinin daxil olması münasibəti ilə təbrik edib.


Movqe.az-ın verdiyi məlumata görə, bu barədə İran telekanalı "PRESS TV" məlumat yayıb.

"Qoy İbrahim peyğəmbərdən gələn köklərimiz qarşılıqlı hörmət, anlayış və sülhün dərinləşməsinə xidmət etsin", - deyə İran prezidenti sosial şəbəkədəki səhifəsində yazıb.

H. Ruhaninin müraciəti ivrit dilində "Qoy bu il yaxşı il olsun" sözləri ilə bitir.

Qeyd edək ki, hazırda İranda 9 min yəhudi yaşayır. Onlar əsasən Tehran, İsfahan və Şiraz şəhərlərində məskunlaşıblar. Mövcud konstitusiyaya əsasən, İran yəhudilərinin məclisdə bir yer haqqı var.

Xatırladaq ki, İsrail və İran arasında arasında heç vaxt diplomatik münasibətlər olmayıb. 1979-cu ildə İran İslam İnqilabından sonra Tehranın anti-İsrail siyasəti yürütməsi ilə əlaqədar yerli yəhudilərin əksəriyyəti ölkəni tərk edib.



Sizin Reklam Yeriniz