Əlaqə Arxiv
news Image
2015.09.15
10:33
| A A A
Avropa İttifaqı 120 min qaçqının bölüşdürülməsi barədə razılığa gələ bilməyib
İlin əvvəlindən Aİ ölkələrinə təqribən yarım milyon qaçqın gəlib

Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının təklif etdiyi 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi barədə qərarın qəbulunu oktyabradək təxirə salıb.

Movqe.az xəbər verir ki, bu barədə Aİ daxili işlər nazirlərinin bazar ertəsi miqrasiya problemlərinə həsr olunmuş görüşündən sonra məlum olub.

"Aİ Şurası Avropa Parlamentini Şuranın 8-9 oktyabr tarixlərində ədliyyə və daxili işlər üzrə növbəti iclaslarında bu qərarın qəbul edilməsi məqsədi ilə təcili qaydada problem üzrə öz mövqeyini formalaşdırmağa dəvət edib", - deyə Aİ-yə sədrlik edən Lüksemburqun rəsmi məlumatında bildirilir.

İlin əvvəlindən Avropa İttifaqı ölkələrinə təqribən yarım milyon qaçqın üz tutub.

Sizin Reklam Yeriniz