Əlaqə Arxiv
news Image
2015.09.16
10:33
| A A A
Baş nazir: Bolqarıstan Cənub qaz dəhlizi ilə Azərbaycandan qaz tədarük etmək niyyətindədir

"Bolqarıstan qaz tədarükü marşrutlarının şaxələndirilməsi məqsədilə Cənub qaz dəhlizi ilə Azərbaycan, Türkmənistan və İrandan qaz tədarük etmək niyyətindədir".


Movqe.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu "Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi və energetika infrastrukturu" mövzusunda Sofiyada keçirilən konfransda Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.


Boyko Borisov Bolqarıstan, Rumıniya, Yunanıstan və Serbiyanın qaz-nəqliyyat sistemlərinin birləşdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə həll olunası bir sıra problemlərin olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz