Əlaqə Arxiv
news Image
2015.09.16
13:22
| A A A
"ASAN xidmət"ə işə qəbulla bağlı test imtahanları başlayıb

Dövlət Agentliyində 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin test imtahanları keçiriləcək

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin test imtahanları başlayıb. Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, "ASAN xidmət" üzrə elan edilən müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən 781 nəfər namizədlə 4 gün ərzində test imtahanları keçiriləcək. Test imtahanı qrafiki komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə komissiyanın hazırladığı "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

Qeyd edək ki, imtahanda namizədlərin 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulub.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.

Sizin Reklam Yeriniz