Əlaqə Arxiv
news Image
2015.09.16
15:30
| A A A
Türkiyənin XİN rəhbəri: "Dünya birliyi bunu nə qədər tez anlasa..."

"Tükriyə ilə Azərbaycan yalnız qardaş ölkə deyil, eyni zamanda strateji tərəfdaşdır". Movqe.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu mətbuat konfransında deyib.


Nazir deyib ki, Azərbaycan bu bölgənin sürətlə inkişaf edən bir ölkəsidir və Türkiyə buna çox sevinir: "Biz Azərbaycannın bu bölgədə oynadığı rola əhəmiyyət veririk və hər zaman Azərbaycanın yanındayıq, bundan sonra da olacağıq".


Ferudin Sinirlioğlu qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı bölgənin inkafı qarşısında duran ən böyük problemdir və Türkiyə bu problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll edilməsini vacib sayır: "Bu problemin həlli bundan sonra bölgənin inkişafı üçün böyük yol açar. Dünya birliyi bunu nə qədər tez anlasa, bir o qədər önəmli olar".


Nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə enerji sahsində də səmərəli əməkdalıq edir: "Ölkələrimiz arasında ticarət dövriyəsinin inkişafına da xüsusi diqqət yetirilir".


Sizin Reklam Yeriniz