Əlaqə Arxiv
news Image
2015.09.16
18:15
| A A A
Milli Məclisdə Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Manfred Zöllmerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Movqe.az-ın məlumatına görə, görüşdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Qrupun üzvü Rövşən Rzayev Azərbaycanın uğurlarından, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışıb.


Bundestaqın deputatı Manfred Zöllmer ölkələrimizin münasibətlərinin inkişafında hər iki tərəfin maraqlı olduğunu deyərək bunun üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.

Sizin Reklam Yeriniz