Əlaqə Arxiv
news Image
2015.09.16
18:47
| A A A
Netanyahu : Məscidi-Axsa da sərt tədbirlər alınacaq

Movqe.az-ın məlumatına görə, İsrail təhlükəsizlik qüvvələrinin Məscidi-Axsaya istiqamətli müdaxilələri sürərkən, Baş nazir Binyamin Netanyahu bir açıqlama verib. Netanyahu təhlükəsizlik gücləriylə zidd düşən və onlara daş atan fələstinlilərə daha sərt sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Netanyahu daş, molotof kokteyli və bənzər şeylər atan şəxsləri, polis ya da adi vətəndaş olmasına məhəl qoymadan cəzalandıracağına söz verib. İsrail Baş naziri ayrıca daş atan uşaqların valideynləri ilə birlikdə cəzalandıracağını deyib.

Müsəlmanların ilk qibləsi xüsusiyyətini daşıyan Məscidi-Axsada, bir neçə gündür fələstinlilər ilə təhlükəsizlik gücləri arasında qarşıdurma yaşanır. Yəhudilərin yeni ili qəbul edilən "Roş asana" tətili sırasında, müsəlmanların Məscidi-Axsaya girişinə icazə verməyən təhlükəsizlik gücləriylə məscidə girmək istəyənlər arasında gərginlik yaşanıb.

Giriş qadağasına qarşı qoyan qrup gecəni məsciddə keçirmiş, sonra polis içəridəki qrupa müdaxilə etmişdi.

Qarşıdurmada ən az 20 adam yaralanarkən, Məscid-i Axsa da zərər gördüb.

Bazar ertəsi günü maşınında olarkən nümayişçilərin daşlı hücumuna hədəf olan bir israilli həyatını itirmişdi.

Keçən il də İsrail rəhbərliyi "Roş asana" səbəbiylə Məscidi-Axsaya girişlərə məhdudiyyət qoymuşdu və yenə fələstinlilərlə polis arasında gərginlik yaşanmışdı.

Prezident sözçüsü İbrahim Qalın da dünən mətbuata verdiyi açıqlamada Məscidi-Axsaya İsrailin müdaxiləsini qınamış, "Məscidi-Axsadaki hər pozuntu və işğal hərəkəti odla oynamaqdır. İsrail bu anda odla oynayır" demişdi.

Sizin Reklam Yeriniz