Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə,Ermənistanınİcevan rayonunun Berkaber kəndində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan ordusununmövqeləri
atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Göyarx, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı,
Şıxlar, Mərzili, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
AzərbaycanSilahlı Qüvvələrininmövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 163 atəş
zərbəsi endirib.