Erməni müxalifətçi Azərbaycana sığındı
Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
Movqe.az-ın məlumatına görə, V.Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.
O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycan Respublikasından siyasi sığınacaq istəyib.
Bununla əlaqədar Vaan Emilyeviç Martirosyan Bakıda mətbuat konfransı keçirəcək.