Movqe.az-ın məlumatına görə, Qərbi Afrika ölkəsi Burkina Fasoda ordu rəhbərliyə ələ alıb.
Çevriliş sonrası çox sayda idarəçi həbs olunub. Dövlət televiziyasına hərbi formaları ilə çıxan ordu səlahiyyətliləri, Dövlət Başçısı və hökumətin vəzifədən əl çəkdiyini deyib. Ordu Dövlət Başçısı və çevriliş edildiyi sırada kabinet konfransında olan bütün hökumət səlahiyyətlilərini də həbs edib.
Özlərinə "Demokratiya Milli Şurası" adını verən çevrilişçilərin nə səbəb ilə rəhbərliyə əl qoyduğu bilinmir. Ölkədə orduya qarşı etirazlar olduğu bildirilir.
Vəzifəsindən atılan köhnə dövlət başçısı Blaise Compaore tərəfdarlarının ordu içində daha çox olduğu bildirilib. Compaorenin keçən il ölkədən qaçmasının ardından ordu yenə rəhbərliyi ələ almışdı, ancaq etiraz nümayişləri sonrası keçid hökuməti qurulmasının qarşısı açılmışdı.
Ölkədə yenidən çevriliş edilməsi ilə əlaqədar açıqlama verən BMT-nin Baş katibi Ban Ki Moon, həbs olunan idarəçilərin dərhal sərbəst buraxılmasını istəyib. Ban müvəqqəti hökumət üzvlərinin həbs olunmasının konstitusiyaya zidd olduğunu bildirib.