Əlaqə Arxiv
news Image
2015.09.18
19:45
| A A A
Deputat olmaq istəyən 8 nəfərin namizədliyi qeydə alındı
Azərbaycanda keçiriləcək parlament seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.


Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 125 dairə üzrə 923 müraciət daxil olub: "Onlardan 498 nəfəri 13 siyasi partiya tərəfindən, 34 nəfəri "Azadlıq-2015" blokundan, 388 nəfəri fərdi qaydada, 3 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 720 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 583 nəfər imza vərəqələri alıb, 39 nəfəri imza vərəqələrini qaytarıb. Onlardan isə 8 nəfərin namizədliyi qeydə alınıb".

Sizin Reklam Yeriniz